Geri qayıt Çap et

Biləsuvarda avtomobil kafeyə çırpılıb, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə Aranlı kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "Niva" markalı minik avtomobilini yolun kənarındakı kafeyə çırpıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.