Geri qayıt Çap et

Biləsuvarda internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib, iki kənd qazsız qalıb


Biləsuvarda internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib.

"Bilesuvarinfo"nun
məlumatına görə, rayonun Səmədabad kəndi ərazisində  internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib. 

Bununla əlaqədar  Səmədabad və Arazbarı  kəndlərinin  ümumilikdə  600 abonentinin  qaz təchizatı dayandırılıb.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.