Geri qayıt Çap et

21 yaşlı gənc canına qəsd etdi

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

“Bilesuvarinfo” 
xəbər verir ki, hadisə Biləsuvar şəhəri, M.P.Vaqif küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Bayramov Ümüd Arif oğlu yaşadıqları evin həyətində özünü ağacdan asaraq, canına qəsd edib.

Qeyd  edək ki, ailənin yeganə oğul övladı olan Ümüd sakit təbiətli, tərbiyəli gənc olub.