Geri qayıt Çap et

Biləsuvarda kafedə yanğın baş verib

Biləsuvar şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin mətbəxində taxta konstruksiyadan ibarət arakəsmə divar 4 m² sahədə, 1 ədəd televizor və 1 ədəd masa yanıb.

"Bilesuvarinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.