Geri qayıt Çap et

İki yol qəzası baş verdi, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü A. Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü O. Abışov xəsarət alıb.

Hər iki yaralı rayon xəstəxanasına aparılıb.