Geri qayıt Çap et

Biləsuvar sakini Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib


Biləsuvar sakini Bakınının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində ölüb.

"Bilesuvarinfo"nun
məlumatına görə, 2008-ci il təvəllüdlü Tunar Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, o, Biləsuvarın Ağalıkənd kəndindəndir.

Faktla bağlı araşdırma aparılır.