Geri qayıt Çap et

Bəydilidə “VAZ 2106” ilə “Priora” toqquşdu, yaralılar var


Ötən gün axşam saatlarında Biləsuvarın Bəydili kəndi ərazisində "VAZ 2106” və “Priora” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı qəzası baş verib. 

"Bilesuvarinfo"
xəbər verir ki, qəzada rayon sakinləri olan 5 nəfər gənc müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlardan ikisinin xəsarəti daha ciddi olub - birinin qıçı, digərinin isə əl barmağı sınıb. 

Faktla bağlı araşdırma aparılır.