Geri qayıt Çap et

Bədbəxt hadisə - 3 yaşlı uşaq tikiş iynəsi uddu


Biləsuvarda bədbəxt hadisə baş verib. 

"Bilesuvarinfo"nun
məlumatına görə, ehtiyatsızlıqdan rayon sakini, 2020-ci il təvəllüdlü qadın cinsli azyaşlı tikiş iynəsi udub. 

Azyaşlı uşaq rayon xəstəxanasına çatdırılıb. Onun mədəsindən yad cisim çıxarılıb. 

Hazırda onun vəziyyəti normal qiymətləndirilir.