Geri qayıt Çap et

Daha bir avtoqəzada 3 nəfər xəsarət aldı

Biləsuvarda bu gün səhər saatlarında daha bir avtoqəza baş verib.

"Bilesuvarinfo" 
xəbər verir ki, qəza rayonun Süd zavodu yaxınlığında qeydə alınıb. Qəzada 3 nəfər rayon sakini - 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova, 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıb. 

Yaralılarar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalar aparılır.