Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.DİN-in mətbuat xidmətindən
"Bilesuvarinfo"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rüfət Kərim oğlu Əlizadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum Cəlilabad rayonunun sakinidir. “Finca Azərbaycan” Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işləyirdi.