Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Bilesuvarinfo"nun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Belə ki, "Maz" markalı yük avtomobili ilə "Niva" markalı minik avtomobilinin toqquşması nəticəsində sonuncunun sürücüsü, həmin kənd sakini, 2003-cü il təvəllüdlü kişi cinsli şəxs xəsarət alıb.
Yaralı ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb. Məlumata görə, onun həyatı təhlükəsi vardır.
Faktla bağlı araşdırma aparılır.