Geri qayıt Çap et

30 yaşlı sakin bıçaqlandı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü A.S. (ad-soyad şərtidir) tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.