Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub."Bilesuvarinfo" xəbər verir ki, hadisə Biləsuvar şəhər S. Rufullayev küçəsində, Məmmədova Nənələr Sərdar qızına məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1943-cü il təvəllüdlü Məmmədova Nənələr Sərdar qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.