Biləsuvarlı sürücü Şuşada avtomobilini aşıraraq vəfat edib - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Şuşada ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-dən "Bilesuvarinfo"ya verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.