Geri qayıt Çap et

Yolu keçmək istəyən qadını maşın vurdu

Biləsuvar rayonunda yol – nəqliyyatı hadisəsi olub.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib.

Belə ki, həmin kənd sakini olan, 1963 – ci il təvəllüdlü  Güləndam Babayeva marşurutdan düşərək yolu keçmək istəyərkən  minik avtomobili tərəfindən vurulub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Biləsuvar RPŞ – də araşdırma aparılır.