Geri qayıt Çap et

M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksində şagird qəbulu üzrə yenidən imtahan keçiriləcək

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində 2022-2023-cü tədris ili üçün şagird qəbulu üzrə yenidən imtahan keçiriləcək.

"Biləsuvarinfo"
xəbər verir ki, iyul ayının 9-da təşkil olunacaq qəbul imtahanında IV-VIII siniflər Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnləri üzrə imtahan verəcəklər. İmtahan Kompleksin inzibati binasında 09:00-da baş tutacaq.

İmtahanda iştirak etmək üçün aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. 
https://forms.office.com/Pages/ResponsePage.aspx?id=UM0ZOlTy6UGpAfZ0Zd66o9qEhmds71VEr3xwwMdTHOBUQVhRWkxLMzdNWDVQNjBDMDBFUEUwV0lHUC4u

İmtahanda iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayırıq!