Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Biləsuvar şəhərindəki mərkəzi parkda bayram şənliyi keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. İncəsənət Məktəbinin şagirdlərinin bir-birindən maraqlı çıxışları, uşaqların rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.