Fransanın Azərbaycandakı səfiri Zakari Qros Biləsuvarda olub.
"Bilesuvarinfo"nun məlumatına görə, səfir Biləsuvar rayonunda fransız dili müəllimi olmuş Rəhim Quliyevlə görüşüb.
Səfir müəllimə Andre Moruanın "İqlimlər" əsərinin tərcüməsinə görə öz təşəkkürünü bildirib .
Qeyd edək ki, Rəhim müəllim uzun illər bu rayonda orta məktəbdə işləyib, hal-hazırda təqaüddədir.