Geri qayıt Çap et

Yük avtomobili qəzaya düşərək, aşıb - FOTO


Biləsuvarda yol qəzasına düşərək aşan yük avtomobili 2 gündür ki, aşılı vəziyyətdə qalıb. 

"Biləsuvarinfo"nun
məlumatına görə, hadisə dünən köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, Belorus vətəndaşının idarəetdiyi "Daf" markalı yük avtomobili yolun kənarına aşıb. Hələlik 2 gündür ki, yüklə dolu avtomobili hadisə yerindən götürmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.