Geri qayıt Çap et

Bu ağacın sahibi tapılacaq?


Biləsuvar şəhərində qurumuş iri gövdəli ağac təhlükə mənbəyidir.

"BİLESUVARİNFO" xəbər verir ki, narahatçılıq  doğuran  mənzərə  şəhərin Heydər Əliyev küçəsində, ümümi yaşayış binalarının yaxınlığındadır.

Belə ki, qurumuş ağac aşaraq yol ətrafında çəkilən hasarın üzərində qalıb. Ağacın hasarı zədələməsi, hasarla birgə aşa bilməsi səkidə hərəkət edən insanlar üçün real təhlükə mənbəyi deyilmi?. 

Çox təəssüf, uzun müddətdən davam edən mənzərə heç kimi düşündürmür.