Geri qayıt Çap et

Müstəntiq Ələddin Baxşıyev vəfat edib

Ehtiyatda olan polis müstəntiqi Ələddin Baxşıyev vəfat edib.

“Biləsuvarinfo”
xəbər verir ki, Ələddin Baxşıyev 67 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Ələddin Bulud oğlu Baxşıyev əslən Biləsuvar rayonunun Nəsimikənd kəndindəndir. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1988–2018-ci illərdə daxili işlər orqanlarında xidmət edən Ələddin Baxşıyev uzun illər ərzində Bakı şəhərinin bir sıra rayonlarında, Daxili İşlər Nazirliyinin müxtəlif polis orqanlarında müstəntiq vəzifəsində çalışıb.