Biləsuvar rayonunda ənənəvi Hind Quşu – Mətbəx Festivalı təşkil olunacaq.“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək sayca VI festival Biləsuvar şəhərinin Mərkəzi Parkında baş tutacaq.
Festival çərçivəsində yerli aşpazlar tərəfindən hind quşu ətindən hazırlanmış onlarla müxtəlif milli və yerli təam qonaqlara təqdim ediləcək. Bununla yanaşı, tədbirdə müxtəlif əyləncəli proqramlar təşkil olunacaq, milli-mənəvi dəyərlərimizi əks etdirən sərgilər və nümayişlər keçiriləcək.
Ənənəvi olaraq təşkil edilən festivalda ölkəmizin müxtəlif bölgələrindən, eləcə də xarici dövlətlərdən gələn qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri, xalq səətkarlığı və adət-ənənələrimiz təqdim olunacaq.
Qeyd edək ki, Hind Quşu – Mətbəx Festivalının əsas məqsədi Biləsuvar rayonunun turizm potensialını artırmaq, Azərbaycanın milli mətbəxini təbliğ etməkdir. 2021-ci ildən etibarən hər il noyabr ayında təşkil olunan festival bölgənin iqtisadi və mədəni həyatının canlanmasına töhfə verir.
Növbəti tədbir 21 noyabr 2026-cı il tarixdə saat 10:00-dan başlayaraq.