Geri qayıt Çap et

“Biləsuvar FK” mövsümə möhtəşəm qələbə ilə başladı – 7:1!

AFFA Region Liqasının 2026–2027-ci il mövsümünə start verilib.

“Biləsuvarinfo”
xəbər verir ki, mövsümün ilk turu çərçivəsində Biləsuvar şəhər Mərkəzi stadionunda yerli “Biləsuvar FK” komandası Salyan rayonunun “Xıdırlı FK” kollektivi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə böyük üstünlüklə qalib gələn təmsilçimiz meydanı 7:1 hesablı qələbə ilə tərk edib. Beləliklə, “Biləsuvar FK” yeni mövsümə inamlı qələbə ilə başlayaraq azarkeşlərinə sevinc yaşadıb.

Oyunu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və rayon ictimaiyyətinin nümayəndələri də stadiondan izləyiblər.

Qeyd edək ki, “Biləsuvar FK” AFFA Region Liqasının Cənub zonasının B qrupunda mübarizə aparacaq. Komandamız qrup mərhələsində “Xıdırlı FK”, “Neftçala FK” və “Alaz” klubları ilə qarşılaşacaq.

Yeni mövsümdə komandanın əsas hədəfləri uğurlu nəticələr əldə etmək, rayon futbolunun inkişafına töhfə vermək və Biləsuvarın idman nüfuzunu layiqincə təmsil etməkdir.