
16 oktyabr 2026-cı il tarixində Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) iclas zalında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ilə bağlı tədbir keçirilib.
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbirdə DAİM-in, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbir ilk olaraq Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra mərkəzin əməkdaşlarının və nazirliyin yerli qurumlarının nümayəndələrinin çıxışları dinlənilib. Çıxışlarda ölkəmizdə kənd təsərrüfatının inkişafı, aqrar sahədə qarşıda duran vəzifələr, fermerlərin problemlərinin həlli və dövlətin aqrar siyasətinin uğurla həyata keçirilməsində hər bir əməkdaşın məsuliyyəti vurğulanıb. Qeyd olunub ki, aqrar sahədə çalışan əməkdaşlar üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməli, fermerlərə dəstək göstərməli, mövcud problemlərin həllinə operativ yanaşmalı və Biləsuvar rayonunda kənd təsərrüfatının inkişafına öz töhfələrini verməlidirlər.
Tədbirdə əminlik ifadə olunub ki, birgə səylər, məqsədyönlü fəaliyyət və qarşılıqlı əməkdaşlıq nəticəsində aqrar sahədə daha böyük nailiyyətlər əldə etmək, kənd təsərrüfatının mövcud potensialından daha səmərəli istifadə etmək mümkün olacaq.


