Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib."Bilesuvarinfo" xəbər verir ki saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.