Geri qayıt Çap et

"VAZ-2106" mikroavtobusla toqquşub


Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Bilesuvarinfo.az" xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb.


Belə ki, "VAZ-2106" markalı minik avtomobili "Mercedes" markalı mikroavtobusla toqquşub. Toqquşmada zərbənin təsirindən minik avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb.


Qəza nəticəsində xoşbəxtlikdən, xəsarət alan olmayıb. 


Faktla bağlı araşdırma aparılır.