"Bilesuvarinfo.az" xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili "Mercedes" markalı mikroavtobusla toqquşub. Toqquşmada zərbənin təsirindən minik avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb.
Qəza nəticəsində xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.