Təmizlik və abadlıq işlərinə start verildi
Yeni mövsüm, payız fəsli ərəfəsində Biləsuvarda ətraf mühitin qorunması və təmizlik işlərinin aparılması sürətləndirilib."Bilesuvarinfo" xəbər verir ki, bu məqsədlə Kommunal Müəssisələr Kombinatı və “DOST” İş Mərkəzinin əməkdaşları tərəfindən parklarda, küçələrdə və digər ümumi istifadədə olan ərazilərdə abadlıq işləri aparılır.
Qeyd edək ki, görülən işlər çərçivəsində ərazilər məişət tullantılarından təmizlənir, yaşıllıqlara qulluq edilir, ağaclar budanır, suvarılır və alaq otları biçilir.