Geri qayıt Çap et

Biləsuvar şəhər Mərkəzi Parkında növbəti konsert proqramı nümayiş olunub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-22  avqust 2026-cı il tarixlərində Mərkəzi Parkda konsert proqramları keçirilib.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, konsert tədbirlərində rayonumuzdan və digər bölgələrimizdən olan musiqiçilərin ifasında səsləndirilən maraqlı musiqilər iştirakçılara xoş ovqat bəxş edib. Konsert proqramına uşaqlar üçün hazırlanmış hissələr xüsusi rəngarənglik gətirib.

Klounların maraqlı təqdimatları və şən davranışları uşaqlarda böyük sevinc və xoş təəssürat yaradıb.
Qeyd edək ki, 12 sentyabr 2026-cı il tarixinə qədər hər həftənin cümə və şənbə günləri keçiriləcək konsert proqramları sakinlərimizin, xüsusilə də uşaqların asudə vaxtının səmərəli və maraqlı təşkilinə xidmət edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi