Geri qayıt Çap et

Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq


Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq.

"Bilesuvarinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.