
Biləsuvar rayonunun Ağalıkənd kəndində şəhidlərimizin adını daşıyan küçələrdə təmir işləri aparılmışdır.
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, hazırda Almaniyada yaşayan xeyriyyəçi həmyerlimiz Bağış Bəhrəmovun təşəbbüsü və dəstəyi ilə Şəhid Mirzəyev Elmar Şahin oğlunun adını daşıyan 500 metr uzunluğundakı küçəyə və Şəhid Qurbanov Coşqun Yusif oğlunun adını daşıyan 600 metr uzunluğundakı küçəyə ümumilikdə "Shacman" markalı yük avtomobili ilə 10 maşın qum-cıngıl materialı tökülərək bərabər şəkildə yayılmışdır. Hər iki şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq yenidən qurulan bu yollar təmirdən sonra kənd sakinlərinin istifadəsinə verilmişdir.
"BİLESUVARİNFO.AZ" saytı olaraq və kənd sakinləri adından şəhidlərimizin adının yaşadılmasına və kəndin infrastrukturunun yaxşılaşdırılmasına xidmət edən bu nəcib addıma görə xeyriyyəçi həmyerlimizə təşəkkürümüzü bildiririk.
