Geri qayıt Çap et

Biləsuvar DAİM-də "İnsan hüquqları və hüquqi maarifləndirmə" mövzusunda görüş keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş "İnsan Hüquqları Aylığı" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "İnsan hüquqlarının və hüquqi maarifləndirmə" mövzusunda görüş keçirilib.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbirdə çıxış edən Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qeyd edib ki, hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycanda normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət yeni çağırışlara uyğun olaraq həyata keçirilir.

Mərkəzin əməkdaşları da öz fikirlərini çatdıraraq Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıblar.
 #İnsanHüquqlarıAylığı , #HumanRightsMonth