Geri qayıt Çap et

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Biləsuvar rayonunda yol qəzası baş verib. 


"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. 


Belə ki, "DAF" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. 


Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


1961-ci il təvəllüdlü şəxsə (qadın) döş qəfəsi və sol baldırın səthi travmaları, üz nahiyəsində sınıq və çıxıq xəsarətləri diaqnozu qoyulub. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslaşmış müalicə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.


1950-ci il təvəllüdlü şəxsə (qadın) isə döş qəfəsinin sol tərəfli 9-cu və 10-cu qabırğalarının sınığı və sol baldırın səthi travması diaqnozları təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.