Son vaxtlar sahibsiz itlərin sayının artması bir çox bölgələrdə olduğu kimi, Biləsuvar rayonunda da narahatlıq doğurur.
“Bilesuvarino”nun əldə etdiyi məlumata görə, son 10 gün ərzində rayonda itqapma ilə bağlı xəstəxanaya müraciət edənlərin sayında nəzərəçarpacaq artım qeydə alınıb.
Bu gün baş verən növbəti hadisə zamanı 10 yaşlı məktəbli Q.Y. sahibsiz itin hücumuna məruz qalaraq ayaq nahiyəsindən xəsarət alıb.
Qeyd edək ki, ötən ayın 20-də baş verən oxşar hadisə daha ağır nəticə ilə yadda qalıb. Belə ki, 1974-cü il təvəllüdlü rayon sakini (kişi cinsli) sahibsiz itin hücumu nəticəsində əl barmağından ciddi xəsarət alıb və həmin barmaq amputasiya olunub.
Mövcud vəziyyət sahibsiz itlərlə bağlı tədbirlərin gücləndirilməsini zəruri edir.