Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Bilesuvarinfo"nun məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.