
Rusiyanın Tolyatti şəhərində yaşayan həmyerlimiz, təcrübəli mühəndis Rasim Rəhmətovun 60 illik yubileyi qeyd olunub.
"Biləsuvarinfo" xəbər verir ki, bu barədə jurnalist Abbas Tomaroğlu özünün feysbuk səhifəsində paylaşım edib.
Bildirilib ki, Rasim Rəhmətov artıq 34 ildir Tolyatti vilayətində yaşayır: "Ali təhsilli mühəndis olan həmyerlimiz “VAZ” Avtomobil Zavodunda aparıcı mühəndis kimi çalışır və kollektiv arasında böyük hörmət qazanıb. O, peşəsinə bağlılığı və uzun illərin təcrübəsi ilə seçilən mütəxəssislərdən biridir".
