
Bu səhnə güclü bir müəllimin taleyindən bəhs edir. O, Xocalı faciəsində həyat yoldaşını və qızını itirmişdir. Ağrısı böyük, yarası dərin olsa da, ümidsizliyə qapılmır, düşmən qarşısında sınmır, sinə gərərək ayaqda qalır.
VİDEO
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, videoçarxda ümidsizliyə qapanmayan müəllimin yaşamaq gücü həyata bağlı olan yeganə övladından və qəlbində yaşatdığı ümiddən qaynaqlanır. O, həm güclü ana, həm də ləyaqətli müəllimədir. Ən böyük arzusu yenidən Xocalıda müəllim kimi çalışmaq, öz torpağında uşaqlara elm öyrətməkdir.Bu səhnə bir qadının timsalında ana qəlbinin gücünü, müəllim adının müqəddəsliyini və Vətən sevgisinin sarsılmazlığını göstərir.
Çünki həqiqi güc — itkilərə baxmayaraq ayaqda qalmaq və gələcəyə inanmaqdır.
Hazırladı: Biləsuvar rayon Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbi.