Geri qayıt Çap et

Sabah Biləsuvarın bəzi ərazilərində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz olmayacaq.

"Bilesuvarinfo"nun
məlumatına görə, Biləsuvar rayonu H.Əliyev prospektindəki qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşana qədər şəhərin bir hissəsi (Təyyarə meydanı, H.Əliyev prospekti, H.Aslanov küçəsi) və Əsgərəbad, Muğankənd, Yuxarı Ağalı kəndləri daxil olmaqla, ümumilikdə 2000-ə yaxın abonentin qaz təchizatı dayandırılacaqdır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik qaydalarına riayət etmək xahiş olunur.