Geri qayıt Çap et

Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb


Biləsuvar rayonunda yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs tutulub.

"Bilesuvarinfo"nun
məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 40 yaşlı T. Mansurov saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.