Geri qayıt Çap et

Biləsuvarda qarlı hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimi tətbiq olunub

Biləsuvar rayonunda müşahidə olunan intensiv qar yağması ilə əlaqədar olaraq kommunal və operativ xidmət qurumları gücləndirilmiş iş rejiminə keçirilib.

"Bilesuvarinfo"xəbər verir ki, yaranan çətinliklərin minimuma endirilməsi, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması üçün rayon üzrə əsas avtomobil yollarında, kəndlərarası küçələrə eləcə də piyada hərəkətinin intensiv olduğu ərazilərdə qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər ardıcıl şəkildə həyata keçirilir. 

Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkəti təhlükəsizliyinə nəzarəti gücləndirib, fövqəladə vəziyyətlərdə vətəndaşlara operativ yardım göstərirlər. Sosial risk qruplarına aid olan şəxslərə, yaşlılara və hərəkət imkanları məhdud olan insanlara xüsusi diqqət yetirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində qarın ağırlığı nəticəsində aşma riski olan ağaclar nəzarətə götürülüb, budama və təmizləmə işləri aparılır. Aidiyyəti qurumlar hava proqnozlarını nəzərə alaraq növbəlilik və fasiləsiz xidmət rejimində fəaliyyətlərini davam etdirirlər.