Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aqonal vəziyyətdə hospitalizasiya olunan pasiyentin həyatı xilas edilib.
"Bilesuvarinfo" xəbər verir ki, bu barədə regioninfo-ya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 30.01.2026-cı il tarixində, saat 14:48 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan pasiyentin həyatı xilas edilib.
Pasiyent daxil olarkən onun hemodinamik göstəriciləri A/T – 0, SpO₂ – 0, PS – 0 olub. Tibb heyəti tərəfindən dərhal reanimasiya tədbirləri həyata keçirilib, ürəyin qapalı masajı aparılmış və göstərilən operativ tibbi yardım nəticəsində pasiyentin həyatı xilas edilib.
Pasiyentə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin həkim-terapevti Əskərova Fatma, həkim-reanimatoloqu Mirnəsihət Mürsəlov, həkim-travmatoloqu Ramiz Məhərrəmov, nevropatoloq Zöhrə Hətəmova, həkim-kardioloqu Yeganə Qasımova və orta tibb heyəti tibbi yardım göstərmişdir.
Pasiyent yaxınları göstərilmiş tibbi xidmətdən razı qaldıqlarını və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə təşəkkür etdiklərini bildiriblər.
Oxu