Geri qayıt Çap et

“Kapital Tədris” Mərkəzi – Biləsuvarda peşəkar gələcəyin ünvanı!


Əziz biləsuvarlılar və dəyərli həmvətənlilər!
Artıq 9 ildən çoxdur ki, Biləsuvarda fəaliyyət göstərən “Kapital Tədris” Mərkəzi övladlarınızın uğura aparan doğru seçimidir. Bu illər ərzində mərkəzimizdə peşəkar müəllim heyəti formalaşmış, tədris prosesimiz isə tam şəkildə müasir tələblərə uyğun qurulmuşdur.


Müəllimlərimiz hər bir şagirdin inkişafını daim diqqətdə saxlayır, bilik və bacarıqların möhkəmlənməsi üçün fərdi yanaşma tətbiq edirlər. Burada məqsəd yalnız dərs keçmək deyil, şagirdlərimizi gələcəyin uğurlu insanları kimi yetişdirməkdir.
Bununla yanaşı, mərkəzimizdə yaradılmış yeni kurslar gənclərə müxtəlif sahələr üzrə peşə sahibi olmaq, gələcək karyeralarını daha inamla qurmaq imkanı verir. Kurslarımız xüsusi proqramlar əsasında, təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.
Bu gün artıq yüzlərlə məzunumuzun müxtəlif sahələrdə uğurla çalışması, əldə etdiyimiz nəticələrin və bizə göstərilən inamın ən gözəl sübutudur.
Kapital Tədris Mərkəzi olaraq, aztəminatlı ailələrin imkanlarını da nəzərə alır, hər bir şagirdin təhsil alma haqqını dəstəkləməyə çalışırıq.

Fəaliyyətin başlanğıcı və inkişaf mərhələləri

  • Mərkəzimiz ilk olaraq abituriyent hazırlığı kursları ilə fəaliyyətə başlamış və ali və orta ixtisas məktəblər qəbul imtahanlarında yüksək nəticələr əldə etmişdir. Zamanla tədris portfelimiz genişlənmiş və bu gün artıq aşağıdakı sahələrdə də uğurla fəaliyyət göstəririk:

  • Mərkəzimizdə Kompüter, İlkin tibbi yardım (tibb bacısı-qardaşı), Əczacılıq, psixoloq-loqoped, Məktəbəqədər hazırlıq, Müalicəvi masaj, Fizioterapiya, Dərzi və Gözəllik salonu ücün Sac-Vizajçı, dırnaq, qaş-kiprik) üzrə mütəxəssis hazırlanmasında peşəkar kurslar fəaliyyət göstərir.

  • Kurslarımız müasir avadanlıqlarla təchiz olunmuş siniflərdə təşkil olunur.
  • Tibb və əczacılıq kurslarında isə peşəkar müəllim-mütəxəssislər çalışır.
  • Məqsədimiz Biləsuvar bölgəsində yüksək səviyyəli tədris təmin etmək, gəncləri bilikli və bacarıqlı mütəxəssislər kimi yetişdirməkdir.
  • Proqramlarımız mütəmadi yenilənir, metodikalar modern yanaşmalar əsasında təkmilləşdirilir və tələbələrin nəticələri daim izlənilir.
  • İmtahada nəticə göstərən şagirlərə qiymətli hədiyələrlə təltiv olunması, onları dərslərində ruhlandırır.
  • “Güvən” və “Dəyər” Nəşrlərinin bölgədə  rəsmi təmsilcisidir.
  • “Əli sənətsiz qalmasın” layihəsinin dəstəkcisiyik.

                                   Niyə bizi seçməlisiniz?

  • Biləsuvar şəhərinin mərkəzində, asan çatımlı ünvanda yerləşirik.
  • Yüksək səviyyəli müəllim heyəti və müasir tədris metodikaları tətbiq olunur.
  • Kurslarımız həm fərdi, həm də qrup formasında keçirilir.
  • Tələbələr üçün rahat və stimulverici öyrənmə mühiti yaradılıb.
  • Abituriyent hazırlığından başlayan təhsil yolumuz bu gün peşə yönümlü kurslarla davam edir.

Bizimlə irəliləyin!

Təhsildə bir addım qabaqda olun — gələcək uğur üçün “Kapital” qoyun!
 Kurslarımıza qeydiyyatdan keçmək üçün artıq bu gün bizimlə əlaqə saxlayın və bu il qazancınızı artıracaq biliklərə sahib olun.
✨ Gəlin, övladlarınızın gələcəyini birlikdə quraq!
 📌 Kapital Tədris Mərkəzi – bilik, uğur və peşəkarlığın ünvanı!

Əlaqə və Ünvan

📍 Biləsuvar şəhəri, Heydər Əliyev prospekti
  📱 +994 70 222-33-07
  📱 +994 77 225 00 55
📞 (2529) 5 06 60