Biləsuvarda yolun ortasında yıxılan epilepsiya xəstəsinə polis vaxtında müdaxilə edib.
"Bilesuvarinfo" Patrul.az-a istinadən xəbər verir ki, Biləsuvar rayonunda epilepsiya tutması keçirən bir şəxs avtomobil yolundan keçən zaman qəfil halı pisləşərək yolun ortasında yıxılıb.
Hadisə zamanı yoldan keçən bir nəfər vəziyyəti görərək dərhal ona yaxınlaşıb və şəxsi təhlükəsizliyi təmin etmək məqsədilə epilepsiya tutması keçirən şəxsi yolun kənar hissəsinə çəkib.
Maraqlı və eyni zamanda narahatedici məqam ondan ibarətdir ki, həmin an yolda hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri baş verən hadisəni görsələr də, heç biri dayanaraq kömək göstərməyib.
Yalnız bir müddət sonra öz şəxsi avtomobili ilə yolda hərəkətdə olan polis əməkdaşı nəqliyyat vasitəsini saxlayaraq yıxılan şəxsə yaxınlaşıb və ona ilkin tibbi yardım göstərib.
Polis əməkdaşının vaxtında və düzgün müdaxiləsi nəticəsində hadisənin daha ağır nəticələrlə bitməsinin qarşısı alınıb.
VİDEO : https://www.facebook.com/reel/1962843667999012