Biləsuvar rayonunda 3.5 maqnitudalı zəlzələ olub."Bilesuvarinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ Cəlilabad stansiyasından 31 km şimal-şərqdə yerli vaxtla saat 10:53-də yerin 21 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Rayon sakinlərinin
"Bilesuvarinfo"ya verdiyi məlumata görə, zəlzələ 3 bala qədər hiss edilib. Əlavə edək ki, zəlzələnin episentri (39°30'36.0"N 48°29'24.0"E) Biləsuvarın Ağayrı və Günəşli kəndlərinin sərhədinə düşür.