Geri qayıt Çap et

Yollar uzun, həyat qısa: 2025-ci ildə Biləsuvarda baş verən QƏZALAR


2025-ci il rayonumuzda çoxsaylı qəzalarla yadda qalıb.

"Bilesuvarinfo"
ötən il baş vermiş bəzi ağır yol-nəqliyyat hadisələrinin xronologiyasını təqdim edir.

Yanvarın 16-sı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində piyadanı avtomobil vuraraq öldürüb.

Fevralın 6-da köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində "VAZ 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb.

Martın 27-si Biləsuvar şəhərinin mərkəzi hissəsində iki “VAZ 2106” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 4 nəfər yaralanıb.

Aprelin 8-də Nəsimi kəndi ərazisində “Mercedes Benz Sprinter" markalı mikroavtobusla piyada, 2005-ci il təvəllüdlü şəxs vurulub. Nəticədə həmin şəxs aldığı bədən xəsarətlərindən Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada aprelin 13-də xəstəxanada ölüb.

Mayın 30-da köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində "Ford" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

15 iyun tarixində rayonun Ağalıkənd kəndi ərazisində “Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

İyunun 21-i rayon mərkəzinin M.İbrahimov küçəsində "Hyundai" markalı minik avtomobili "Qazel" markalı mikroavtobusuna çırpılıb. Nəticədə 4 qadın yaralanıb.

İyunun 24-ü Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində “Hyundai Elantra” markalı minik avtomobil traktora çırpılıb. Hadisə nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb.

Avqustun 2-si rayonun Ağalıkənd kəndində "Mercedes" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

11 avqust tarixində köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Martın 1-də Biləsuvar- Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində "Niva" markalı avtomobili yol kənarındakı işıqlandırma dirəyinə çırpıldıqdan sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. 
Sərnişin 25 avqust xəstəxanada vəfat edib.

3 sentyabr tarixində Bakı-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Sentyabrın 20-si Biləsuvar şəhərinin mərkəzindən keçən dolama yolda hərəkətdə olan motosiklet əvvəlcə "Mercedes" markalı avtomobillə toqquşub. Daha sonra "Ford" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq, dünyasını dəyişib.

3 oktyabr tarixində Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində "VAZ-2107" və "Mersedes" markalı minik avtomobillərinin toquşması nəticəsində bir nəfər ölüb və bir nəfər yaralalanıb.

Oktyabrın 16-sı rayonun Aşağı Cürəli kəndi ərazisində "Kia" markalı minik və "Ford" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan 4 nəfər rayon xəstəxanasına çatdırılıb.

8 noyabr tarixində rayonun Bəydili kəndi ərazisində "Mercedes" markalı avtomobillə "QAZ 24" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Noyabrın 14-ü rayonun mərkəzi küçələrindən birində "VAZ 2107" markalı minik avtomobili ilə moped toqquşub. Hadisə nəticəsində mopedin sürücüsü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

5 dekabr tarixində Biləsuvar şəhəri ərazisində yol qəzası qeydə alınıb. Minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Dekabrın 7-si Biləsuvarda dəhşətli yol qəzası olub. Hadisə Zəhmətabad kəndində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

İlin daha bir və sonuncu dəhşətli yol qəzası 27 dekabr tarixində baş verdi. Belə ki, Çaylı kəndi ərazisində minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, sizə əsasən ağır yol qəza hadisələrini təqdim etdik. Bildirək ki, ötən il həmçinin rayonumuzda qətl, yanğın və bədbəxt hadisələrdə baş vermişdir.

Ümid edirik ki, 2026-ci ildə sürücülərimiz yollarda daha diqqətli olacaqlar və daha belə faciəvi hadisələr baş verməyəcəkdir.