Geri qayıt Çap et

Biləsuvarda avtomobil qaçıran şəxslər saxlanılıb

Axşam saatlarında Biləsuvar şəhəri ərazisində yolun kənarında saxlanılmış “Vaz 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub. 

"Bilesuvarinfo"nun
məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar. Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar. 

Avtomobil tapılaraq sahibinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.