
Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
"Bilesuvarinfo" xəbər verir ki, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mübariz İbrahimov adına Təhsil Kompleksinin dəstəyi ilə Zəfər Parkında keçirilib.
Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, həmçinin Mübariz İbrahimov adına Müasir Təhsil Kompleksinin müəllim və şagird kollektivi iştirak edib.
İştirakçılar park ərazisində müxtəlif növ ağaclar əkib, yaşıllıq sahələrinə qulluq göstəriblər.


