Geri qayıt Çap et

Mübariz İbrahimov adına Təhsil Kompleksində növbəti qəbul imtahanı keçiriləcək


Mübariz İbrahimov adına Təhsil Kompleksində növbəti qəbul imtahanı keçiriləcək.

Mübariz İbrahimov adına Təhsil Kompleksi tərəfindən 2026-cı ilin 25 yanvar tarixində, yeni tədris ili üçün qəbul prosesi həyata keçiriləcək. Qəbul iki istiqamət üzrə təşkil olunacaq:

IV–IX siniflər üzrə qəbul
Qəbul imtahan vasitəsilə aparılacaq və namizədlərin biliyi aşağıdakı fənlər üzrə qiymətləndiriləcək:
• Azərbaycan dili
• Riyaziyyat
• İngilis dili

İmtahan tarixi: 25 yanvar 2026
Başlama vaxtı: 09:00

Bu mərhələdə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il, saat 23:00-dək elektron qeydiyyatdan keçməlidirlər.
 İbtidai siniflər üzrə qəbul (I–III siniflər)
Qəbul müsahibə əsasında həyata keçiriləcək.

Qeydiyyat tələb olunmur — yalnız şagirdin şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
Müsahibə vaxtı: 25 yanvar 2026, saat 10:00

Keçirilmə yeri:

Mübariz İbrahimov adına Təhsil Kompleksi
Biləsuvar şəhəri, Heydər Əliyev prospekti 2A
 Qeydiyyat linki:
https://forms.office.com/r/9SX3V0iiBf
Əlavə məlumat üçün:
 077 220 20 21
 bilim.edu.az