Geri qayıt Çap et

Biləsuvar internat tipli məktəb-liseyin komandası badminton üzrə zona mərhələsinin qalibi olub


“Məktəblilər arasında respublika çempionatı”nın zona mərhələsi keçirilib.
 
"Bilesuvarinfo" xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın badminton idman növü üzrə zona mərhələsi keçirilib.
 
“Məktəblilər arasında respublika çempionatı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.
 
Yarışın məqsədi ümumi təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi, sinifdənxaric və məktəbdənkənar işin yaxşılaşdırılması və idmançıların yarış təcrübələrini artırmaqdır.
 
Zona mərhələsinin nəticələrinə əsasən, I yeri Biləsuvar, II yeri Salyan, III yeri isə Neftçala komandası tutub.
I yeri qazanan Biləsuvar şəhəri K. Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin komandası yarışın final mərhələsində iştirak etmək hüququ əldə edib.
 
I, II və III yerlərə layiq görülən komandalar təşkilatçılar tərəfindən diplomla təltif olunublar.