Müdafiə Nazirliyinin zabiti İsmayıl Əzimli vəfat edib.
“Bilesuvarinfo” xəbər verir ki, “N” saylı hərbi hissənin zabiti İ.Əzimli döyüş yoldaşları ilə Vətən müharibəsində döyüşdükləri əraziləri ziyarət edərkən ölüb.Belə ki, “N” saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant İsmayıl Elman oğlu Əzimli hündür qayalıqdan yıxılaraq, hadisə yerində ölüb.
Onun nəşi dəfn edilməsi üçün sakini olduğu Biləsuvar rayonunun Səmədabad kəndinə gətirilərək dəfn olunub.
İsmayıl Əzimli ailəli idi, iki övladı yadigar qalıb.
Qeyd edək ki, mərhum zabitin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub. Vətən müharibəsi iştirakçısı olan İ.Əzimli ordu sıralarında vətənə xidmətini davam etdirirdi.
Faktla bağlı Gəncə Şəhər Hərbi Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.